Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
DÜNYA

Nazarbayev FTX-nin düşmənini mükafatlandırdı

<b>Nazarbayev FTX-nin düşmənini mükafatlandırdı</b>

Qazaxıstan Jurnalistlər İttifaqı Vkontakte sosial şəbəkəsinin rəhbəri və Teleqram messencerinin yaradıcısı Pavel Durovu mükafatlandırıb

Bu barədə məlumatı təşkilatın saytı yayıb. Sayt Durovu senzuraya və dövlətin vətəndaşların azad yazışma haqlarına müdaxiləyə qarşı prinsipial mövqeyinə görə mükafatlandırdığını açıqlayıb.
Qeyd edək ki, Pavel Durovla bir müddət öncə Rusiya hakimiyyətinin münasibətləri pozulub. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Durovdan Teleqram messencerində bəzi yazışmaların kodlarının ona təhvil verilməsini tələb etsə də iş adamı buna razılıq verməyib. Sonra da Teleqramın Rusiyadakı fəaliyyəti qadağan edilib. Bu qadağa Rusiyada Teleqram istifadəçilərinin sayını artırıb. Ölkədə həmçinin blogger Aleksey Navalnının rəhbərliyi altında Teleqramın bağlanmasına qarşı genişmiqyaslı aksiyalar baş tutub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv