Son xəbərlər
20 SENTYABR
19 SENTYABR
DÜNYA

İrəvanda qanuni oğrulara qarşı geniş əməliyyat

<b>İrəvanda qanuni oğrulara qarşı geniş əməliyyat</b>

Ermənistanda qanuni oğrulara qarşı genişmiqyaslı reyd baş tutub

Ermənistan polisinin keçirdiyi əməliyyat zamanı qanuni oğruların evlərində yoxlamalar aparılıb və onlardan bəziləri həbs edilib.
Polisin evində yoxlamalar apardığı qanuni oğrular sırasında Samvel Arutyunyan (Samvelik), Jirayr Brutyan (Jiro Şaumyanski), Suren Avetisyan (Suro Leninakanski), Artyom Qazaryan (Artyomik Leninakanski), Armen Manukyan (Sevo), Gevork Məlikyan (Gevorik Oşakanski), Norayr Piloyan (Konço), Suren Avetisyan (Surik Leninakanski) və digərləri olub.
Yoxlamalardan sonra qanuni oğrulardan bəziləri - Samvel Arutyunyan (Maneti Txa Samo), Rafael Xoyetsyan (Afo) və digərləri həbs edilib. Polis yalnız evində silah və narkotik aşkarladığı qanuni oğruları saxladığını bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistanda general Manvel Qriqoryanla birgə erməni qanuni oğru Artur Asatryan da (Don Pipo) həbs edilmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv