Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
DÜNYA

Yunan borc böhranı bitdi – AB

<b>Yunan borc böhranı bitdi – AB</b>

Yunan borc böhranı başa çatıb

Bu barədə məlumatı öz Tvitter səhifəsində Avropa Komissiyasının İqtisadiyyat və Maliyyə üzrə komissarı Pyer Moskovisi yayıb.
“Bu gün 8 ildir davam edən böhran Yunanıstan və simvolik olaraq Avrozona üçün başa çatıb” – deyə o bildirib.
Avroqrupun rəhbəri Mario Senteno isə Yunanıstana üçüncü və sonuncu makromaliyyə yardım paketinin bitdiyini bəyan edib. O, kreditlərin ödənilməsinin 10 il müddətinə uzadıldığını, ölkəyə 10 il müddətinə faizlərin ödənilməsi üçün güzəştlərin təqdim edildiyini və sonuncu 15 milyard avroluq yardım paketinin razılaşdırıldığını bildirib. Afinaya təqdim edilən maliyyə güzəştlərinin 96,6 milyard avroluq makromaliyyə kreditlərinə aid ediləcəyi vurğulanıb.
Qeyd edək ki, Yunanıstanın 2010-cu ildə istifadəyə verilən maliyyə yardımı proqramın çıxması şərtləri dünən Avrozona ölkələrinin maliyyə nazirlərinin görüşündə razılaşdırılıb. Afinaya göstərilən xarici maliyyə yardımları indiyə qədər Avrozona ölkələrinin 2008-ci il maliyyə böhranından sonra təşkil etdikləri ən uzun müddətli yardım paketi olub. Nəticədə 8 il ərzində Afina üç maliyyə proqramı çərçivəsində Avrozonadan 240 milyard avro borc alıb.
Yunanıstan 2008-ci ildən etibarən həyata keçirəcəyi sərt reformlar qarşılığında böyük kreditlər almağa başladı ki, bu da sonradan ölkənin öz borcunu geri qaytarmasında böyük problemlər yaratdı. Nəticədə ölkənin ümumdaxili məhsulu 25%-dən çox, əhalinin gəlirləri isə 40%-dən çox azaldı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv