Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
DÜNYA

Movsisyan da həbs edildi: Parlament qətliamı açılır?

<b>Movsisyan da həbs edildi: Parlament qətliamı açılır?</b>

Ermənistan Milli Təhlükəsizlik Xidməti Respublika Partiyasının tərəfdarlarının yenidən həbsinə başlayıb

Milli Təhlükəsizlik Xidməti bu dəfə də əməliyyatı Eçmiədzin şəhərində aparıb. Nəticədə “Şmays” ləqəbi ilə məşhur olan keçmiş deputat Arakel Movsisyan həbs edilib. O, Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına yerləşdirilib. Movsisyanın evində axtarış zaman silah-sursat aşkar edilib.
Arakel Movsisyan Manvel Qriqoryanın yaxın adamlarından biri olub. Movsisyanın parlamentdə deputat seçilməsinə məhz Qriqoryan şərait yaradıb. Qriqoryanın keçmiş döyüş yoldaşı olan Movsisyan sonralar Ermənistan hökumətinin əmriylə müxtəlif cinayətlərin təşkilində də iştirak edib.
Bəzi mənbələr isə onun Ermənistan parlamentində təşkil edilən teraktın dolayısı iştirakçısı olduğunu bildiriblər. Belə ki, Movsisyanın qardaşı Muşeq Movsisyan (sonra Muşeq Movsisyan müəmmalı yol qəzasında ölüb – red.) o zaman parlamentdə deputat olub. İddiaya görə, məhz o, terrorçuların parlamentə girişinə şərait yaradanlardan biri olub.
Arakel Movsisyan Serj Sərkisyana son xidmətini İrəvandakı etiraz aksiyaları zamanı göstərib. Onun adamları etirazçılar arasına daxil olaraq onları provokasiyaya çəkməyə cəhd edib və polislə etirazçıların toqquşmalarına şərait yaradıblar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv