Son xəbərlər
17 İYUL
16 İYUL
DÜNYA

Lukaşenko ölkəni necə xilas etdi... - Stratfor

<b>Lukaşenko ölkəni necə xilas etdi... - Stratfor</b>

Belarus Rusiya üçün sadiq müttəfiq olmaqdan imtina edib və Qərblə Moskva arasında neytral vasitəçi mövqeyi tutmağa başlayıb

Bu iddia ilə “Stratfor” şirkəti çıxış edib.
“2011-ci ildə Belarus rus orbitində yerləşirdi və Qərbdən siyasi baxımdan tam təcrid olunmuşdu. 2010-cu ildəki prezident seçkisinə görə keçirilən aksiyaların dağıdılmasından sonra Avropa Birliyi və ABŞ Belarusun rəhbər şəxslərinə, o cümlədən Prezident Aleksandr Lukaşenkoya sanksiyalar tətbiq etdi. Rusiya Belarusun yeganə böyük müttəfiqi idi. Hər şey 2014-cu ildə Ukraynadakı Maydan hadisələrindən sonra dəyişdi. Lukaşenko ağıllı siyasət yürüdərək, Belarusu Rusiyanın etibarlı müttəfiqindən Moskva və Qərb arasındakı vasitəçiyə çevirdi. Minsk Rusiya, Ukrayna və Avropa Birliyi rəsmilərinin danışıqları üçün əsas məkanlardan biri oldu. Lukaşenko ölkənin coğrafi vəziyyətini geosiyasi üstünlüyə çevirə bildi. Nəticədə Ukrayna konfliktinin Belarusa yayılmasının qarşısını aldı”, - o bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv