Son xəbərlər
20 NOYABR
19 NOYABR
18 NOYABR
16 NOYABR
MEDİA

Tural Səfərova vəzifə verildi

<b>Tural Səfərova vəzifə verildi</b>

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni mətbuat katibi təyin olunub

Report-un məlumatına görə, bu vəzifəyə Tural Səfərov gətirilib.
Qeyd edək ki, T.Səfərov 1984-cü ildə anadan olub. Əmək fəaliyyətinə Naxçıvcan Dövlət Televiziyasında redaktor olaraq başlayıb. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqram buraxılış və əlaqələndirmə direksiyasının direktoru olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi işləyib, həmçinin bir müddət mətbuat şöbəsinin müdiri vəzifəsini əvəz edib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı” qəzetinə baş redaktor təyin edilib. Eyni zamanda "Cahan Press" İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru olub.
Xatırladaq ki, “Azərxalça”nın mətbuat katibi vəzifəsini bundan əvvəl "Real TV"nin əməkdaşı Ləman Ələşrəfqızı yerinə yetirirdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv