Son xəbərlər
17 İYUL
16 İYUL
SİYASƏT

Liberman Bakıya gəlməkdən niyə imtina etdi? – Şok səbəb

<b>Liberman Bakıya gəlməkdən niyə imtina etdi? – Şok səbəb</b>

İsrail Müdafiə naziri Aviqdor Liberman Azərbaycana səfərinin ləğv etməsinin səbəbi bəlli olub

Bu məlumatı İsrailin “9-cu kanal”ında yayımlanan “Den” verilişində çıxışı zamanı İsrail politoloqu Arye Qut paylaşıb.
“Əgər Cənubi Qafqaz regionuna nəzər yetirsək, Azərbaycanın çox çətin geosiyasi vəziyyətdə olduğunu görərik. Burada qeyri-müəyyən geosiyasi aktorlar olan Rusiya, Türkiyə və İran Azərbaycanı əhatələyib. Cənubi Qafqazın çətin geosiyasi labirintinə rəğmən Azərbaycan uğurla özünün çoxyönlü xarici siyasətini icra edir.
26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd ediləcək. Azərbaycan hökumətinin dəvətliləri sırasında İsrail müdafiə naziri də yer alırdı. Lakin buradakı hərbi parada İran Müdafiə naziri Əmir Hatəminin də dəvətini bildikdən sonra Liberman bu səfərini ləğv etdi. Düşünürəm ki, Azərbaycanda Libermanın səfərini ləğv etməsini anlayışla qarşılayacaqlar”, – deyə o bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv