Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
MƏDƏNİYYƏT

“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı təqdim edildi

<b>“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı təqdim edildi</b>

Bu gün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun konfrans zalında “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” adlı kitabının təqdimat mərasimi keçirilib

Tədbiri AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb və kitab haqqında geniş məlumat verib. Daha sonra Layihənin rəhbəri C.Cabbarlı Ev Muzeyinin direktoru, təşkilat sədri Qəmər Bağırova bildirib ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində “C.Cabbarlı adına mədəniyyət,elm və təhsilin inkişafına yardım” İctimai Birliyi tərəfindən hazırlanıb. Onun sözlərinə görə, kitabın müəllifi filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.
Kitabda görkəmli dramaturq, peşəkar yazıçı, istedadlı şair, istiqlal mücadiləsinin fəal üzvlərindən biri Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ondan əvvəlki və sonrakı fəaliyyət sferası, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal Hərəkatına (1920-1923) qoşulması, gizli “İstiqlal” (1922-1923) qəzetinin nəşri prosesində iştirakı, məhbəs həyatı zəngin arxiv materialları əsasında geniş tədqiq və təqdim olunub. Kitab təhsil işçiləri, ali məktəb tələbə və magistrlər, elmi işçilər, ədəbiyyatşünaslar, tədqiqatçılar, tarixçilər, mədəniyyət və incəsənət xadimləri o cümlədən intellektual oxucular üçün nəzərdə tutulub.
Tədbirdə filologiya elmləri doktoru, professor Rəhim Əliyev, Yaşar Qasımbəyli, Qəzənfər Paşayev, Gülər Abdullabəyova, Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru Almaz Ülvi və Almaniyadan gəlmiş tədqiqatçı Orxan Araz çıxış ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv