Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
HADİSƏ

“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış”

<font color=red><b>“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış”</b></font>

Akif Aşırlının kitabına sözardı



Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı sərəncamları bu mühüm hadisənin yüksək səviyyədə qeyd olunması ilə yanaşı tariximizin olduqca mürəkkəb və təbii ki, şərəfli dövrünün müxtəlif istiqamətlərdən, rakurslardan araşdırılmasına, tarixi həqiqətlərə yenidən ayna tutulmasına vəsilə oldu.
Öncə qeyd edim ki, Azərbaycan Respublikası öz sələfinin – Xalq Cümhuriyyətinin irsinə hər zaman xüsusi diqqətlə yanaşıb. Dövlət müstəqilliyimizin bərpasından sonra, xüsusilə də son 10 il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin və cümhuriyyət qurucularının mənəvi irsinin araşdırılması ilə bağlı mühüm addımlar atılıb. Ortalığa ciddi tədqiqat əsərləri qoyulub. Dünyanın ən müxtəlif ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin izləri aranıb, tapılıb və yaddaşımıza qaytarılıb. Şübhəsiz ki, bütün bunlar tariximizin, dövlətçilik ənənələrimizin öyrənilməsi və gələcək nəsillər üçün qorunub-saxlanılması baxımından böyük önəm daşıyır. Lakin cəmi 23 ay ömrü olan ilk respublikamızın nəhəng irsinin tam və hərtərəfli araşdılması baxımından yetərli deyil.
Təbii ki, dövlətçilik tariximizə ənənlərin davamlılığı müstəvisindən tam və kompleks yanaşmaq zəruridir. Bunu inkar etmək olmaz. Lakin zənnimcə Cümhuriyyətin tarixinə dövlət quruculuğu prosesinin ayrı-ayrı istiqamətləri müstəvisindən nəzər salınması da mühüm əhəmiyyət kəsb edir.
Məhz bu baxımdan, Akif Aşırlının “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabı, zənnimcə, son dövrlərdə ərsəyə gələn qiymətli tədqiqat işlərindən biridir. Həm də ona görə ki, konkret bir iqstiqaməti, sahəni əhatə edir və Cümhuriyyət dövründə hərbi səfərbərliklə bağlı görülən işlərin daha detallı şəkildə təqdim olunmasına imkan yaradır. Düşünürəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun belə bir tədqiqat işinin aparılmasına dəstək verməsi, hazırda rəhbərlik etdiyi qurumun tarixinin öyrənilməsi təşəbbüsü ilə çıxış etməsi də yüksək dəyərləndirilməlidir.
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının ən önəmli cəhətlərindən biri müəllifin səfərbərlik və hərbi xidmətlə bağlı qanunvericilik aktlarına, hökumətin bu istiqamətdə qəbul etdiyi qərarlara istinad etməklə kifayətlənməməsi, həmin dövrdə səfərbərlik və hərbi çağırış mövzusunda mətbuatda dərc olunan yazıların da gün işığına çıxarılmasındadır. Məhz bu yazılar dövrün bütün xüsusiyyətlərini, Cümhuriyyət qurucularının qarşısında duran çətinliklərin və dəf edilən maneələrin miqyasını ortaya qoyur, görülən işlərin real mənzərəsinin göz önündə canlamasına zəmin yaradır. Kitabı tarixi faktların toplusundan bədii-publisistik tarixi əsər müstəvisinə qaldıran da bu amildir.
Azərbaycan ordusu bolşevik və erməni quldur dəstələrinə qarşı savaşa başladığı bir dönəmdə Azərbaycan xalqı və onun işıqlı ziyalıları eyni zamanda “Əsgər kimdir”, “Əsgər necə olmalıdır”, “Bir millətin öz ordusuna sahib olması nə deməkdir” suallarına cavab axtarır, millətin bağı qopmuş, yaxud qoparılmış dövlətçilik yaddaşını, döyüşçü ruhunu yenidən bərpa etməyə çalışırlar. İmperiyanın məqsədyönlü şəkildə hərb sənətindən uzaq saxladığı bir toplum, bir xalq hərbi xidmətin, Vətəni qorumağın nə demək olduğunu yenidən mənimsəməyə başlayır, həm öyrənir, həm də döyüşür. Bu unikal bir təcrübədir. Və eyni zamanda xalqımızın nə qədər böyük potensiala, ruha malik olduğunu ortaya qoyur.
Bu baxımdan hesab edirəm ki, “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabını dəyərli edən amillərdən biri də bu tarixin hərtərəfli və mükəmməl portretini əks etdirməsidir.
Qürur duyulası bir tariximiz var… Bu tarixə sahib çıxmağımız isə daha qürurvericidir!

Elçin Mirzəbəyli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv