Son xəbərlər
20 NOYABR
19 NOYABR
18 NOYABR
16 NOYABR
SİYASƏT

“Erməni əsgərləri mütəmadi olaraq məhv etməliyik”

<font color=red><b>“Erməni əsgərləri mütəmadi olaraq məhv etməliyik”</b></font>

Qüdrət Həsənquliyev: “Azərbaycan xalqının ciddi iradəsi və birliyi olacağı təqdirdə böyük dövlətlərin mövqeyində hansısa dəyişikliklər etməsinə nail ola bilərik”

Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Qarabağın işğalına son!” adlı Beynəlxalq Qarabağ forumu keçirilib. Tədbirdə partiya sədrləri, millət vəkilləri ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.
Forumda açılış nitqi söyləyən DAK sədri Sabir Rüstəmxanlı tədbirin keçirilməsi ilə bağlı məlumat verib. O bildirib ki, DAK Qarabağla bağlı daim çalışır, xaricdə tədbirlər keçirir: “ATƏT-in Minsk qrupu çalışır ki, Qarabağ Zəngəzur problemi kimi unudulsun. Problem yaşadıqca DAK daim bu məsələni qabartmalıdır. Dağlıq Qarabağ problemi iqtidarın, müxalifətin yox, Azərbaycan xalqının bəlasıdır”.
Daha sonra çıxış edən Sülhəddin Əkbər qeyd edib ki, Türkiyə ilə hərbi ittifaq yaradılmalıdır: "Türkiyə ilə hərbi ittifaq qurmalıyıq. Türkiyənin Azərbaycanda hərbi bazası yaradılmalıdır".
Daha sonra çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Dağlıq Qarabağ probleminin həll yolları ilə bağlı fikirlərini bölüşüb. BAXCP sədri hərbi yolla həll variantının risklər tələb etdiyini deyib: “Ermənistanı və Dağlıq Qarabağdakı separatşı rejimi dəstəkləyən beynəlxalq birlik, xüsusilı də Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa Birliyi, o cüldədən Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə, dərhal Qarabağın suverenliyini tanıya bilərlər. Hətta yeni tanıdıqları dövlətin müraciəti əsasnda ona kömək də edə bilərlər, hərbi dəstək də verə bilərlər. Yəni bunu tamamilə istisna etmək olmaz. Bu baxımdan hərbi yolla torpaqlarımnızın işğaldan azad olunmasına cəhd etmək çox risklidir. Bu ehtimallardan ibarət yanaşma deyil. Kluarlarda da bu tipli söhbətlər müxtəlif diplomatlıar arasında gəzir. Mən 10 ildən artıqdır ki, NATO Parlament Assdambleyasında Azərbaytcan nümayəndə heyətinin tərkibindəyəm və bəzən qeyri-rəsmi söhbətlərdə bu tipli fikirləri bizlərə xatırladırlar.
İkinci məsələ nədən ibarətdir? Sabir bəy də burada qeyd etdi ki, tutaq ki, biz Xankəndinə 100 polis əməkdaşı göndərsəydik bəlkə də proseslər başqa cür inkişaf edə bilərdi. O da o dövrdəki siyasi hakimiyyət üçün risk tələb edirdi. Kreml həmin hakimiyyəti dərhal dəyişə bilərdi. Yəni o dövrdə tutaq ki, 100 polisi Xankəndinə göndərmək nə qədər riskli idisə, indiki dövrdə də müharibə etmək o dərəcədə risklidir. Məsələn AXC-nin öz hakimiyyətini qoruyub saxlaması o dərəcədə çətin idi. Biz kiçik dövlətik”.
Millət vəkili əlavə edib ki, yalnız Azərbaycan xalqının ciddi iradəsi və birliyi olacağı təqdirdə biz böyük dövlətlərin də mövqeyində hansısa dəyişikliklər etməsinə nail ola bilərik: “Ölüm-dirim savaşına girib, böyük itkiləri göz önünə alıb, Dağlıq Qarabağı azad edə bilərik. Bu problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Yəni bunu hər bir azərbaycanlı bilməlidir. Aparılan danışıqlar da zaman itkisindən başqa bir şey deyil.
Bu yaxınlarda müdafiə naziri bir bəyanatla çıxış etdi. Bildirdi ki, əlverişli beynəlxalq şərait yarandıqda biz torpaqlarımızı işğaldan azad edəcəyik. Amma Azərbaycan xalqına indiyə qədər deyilməyib ki, bu beynəlxalq şərait özünü nələrdə ehtiva edir? Nələri nəzərdə tutur? Hansı şərait yaranmalıdır ki, biz deyək ki, bu əlverişli beynəlxalq şərait budur. Rusiya, İran, dağılmalıdırmı, ABŞ çökməlidirmi, yaxud bunların hamısı bir dövlət kimi silinib getməlidirmi ki, dünyada biz və Ermənistan qalsın və biz torpaqlarımızı işğaldan azad edək. Yəni bu barədə Azərbaycan xalqına açıq məlumat verilməlidir. Dünən (26 iyun) möhtəşəm hərbi parad keçirildi. Bu münasibətlə mən hər bir Azərbaycan vətəndaşını təbrik edirəm. Biz o raketlərə 100 milyonlar verib almışıq. Onların da istismar müddəti 6-7 ildir. 6-7 ildən sonra həmin raketlərin istismardan çıxarılması üçün biz milyonlarla pul xərcləməliyik. Ona görə də, əgər müharibə ehtimalı yoxdusa, o zaman silahlanmaya bu qədər vəsait xərcləməyə dəyməz. Yox əgər bu qədər silahlar alınırsa, o zaman bu silahlar istifadə olunmalıdır.
Burada Sülhəddin bəy də (Sülhəddin Əkbər) nələri etməli olduğumuzla bağlı bir neçə məsələyə toxundu. O məsələləri etmək çox çətindir. Mən xatırlayıram, bizim yüksək ranqlı sabiq məmurlardan biri söhbət zamanı söylədi ki, mərhum prezident Heydər Əliyev Türkiyə prezidenti Əhməd Necdət Sezərlə görüşəndə ona dedi ki, xalq məni sıxır və Dağlıq Qarabağın azad olunmasını istəyir. Sezər rəhmətlik Heydər Əliyevə cavab verdi ki, “biz bir NATO üzvü olan ölkəyik. NATO-nun izni olmdana biz sizə bir güllə də verə bilmərik. Ona görə də problemin hərb yolu ilə həllinin bir kənara qoyun”. Ona görə də mən söyləyirəm ki, bizim istəyimizlə hər şey həll olunmur ki, biz İranla müqavilə bağlayaq, tutaq ki, Türkiyə ilə qarşılıqlı hərbi yardımlar haqqında saziş imzalayaq. Buna qarşı tərəfin də istəyi olmalıdır ki, bunlar reallaşa bilsin. Hazırda Azərbaycan nə edə bilər? Mən bu barədə dəfələrlə danışmışam. Azərbaycan çalışmalıdır ki, döyüş bölgəsində ermən əsgərləri mütəmadi olaraq məhv edilsin. Hər gün cəbhə bölgəsindən Ermənistan ailələrinə cənazə getməlidir ki, Ermənistan cəmiyyəti sülhə razılıq versin, buna məcbur olsun. Yoxsa orada hər hansı bir hakimiyyətin sülhə getməsi mümkünsüzdür və xalq buna imkan verməyəcək. Ona görə də böyük hərbi əməliyyatlara başlamadan bunu etmək lazımdır. Hazırda edə biləcəyimiz ən mühüm məsələ budur. Bunun ardınca isə Azərbaycan peşəkar ordu qurmalıdır və yaxın gələcəkdə Aszərbaycan dünya birliyini və böyük müttfiqlərini də inandırmalıdır ki, nəticəsindən asılı olmayaraq Azərbaycan çox qanlı bir savaşa girəcək. Bu zaman Ermənistanda hər bir vətəndaş anlamalıdır ki, onları kimin müdafiə etməsindən asılı olmayaraq Azərbaycanın bu hərbi potensialı işə düşsə Ermənisdtanın hər bir kəndində, şəhərində daş daş üstündə qalmayacaq. Xalq belə bir qanlı savaşa hazır olub müharibəyə girməsə, bu problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Bu yaxınlarda bu auditoriyada bizim mərhum prezidentimiz Əbülfəz elçibəyin 80 illik yubileyi keçiriləndə mən parlamentdə ATƏT-in 20 səfiri ilə görüşdəydim. Həmin görüşdə sonda ATƏT-in münaqişələr üzrə müvafiq strukturunun rəhbəri bəyan etdi ki, Helsinki yekun aktına görə, hər millətin öz müqəddəratını təyin etmək hüququ var. Münaqişənin həllində də həm də bu prinsip əsas götürülməlidir. Baxmayaraq ki, bundan öncə də mən çıxışımda da söylədim ki, eyni prinsip gərək Gürcüstana, Moldovaya, Ukraynaya da tətbiq oluna. Niyə onlara tətbiq olunmur? Amma Azərbaycana münasibətdə tətbiq olunur? Ona görə mən deyirəm ki, bu konfliktin həlli üçün son sözü Azərbaycan xalqı söylməlidir. Amma bizim xalqımız hesab edirəm ki, hələ belə bir qanlı savaşa hazır deyil”.
Ermənişünas alim Qafar Çaxmaqlı çıxışında bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 23 min erməni məskunlaşdırıb: “Ermənistanın həmin əraziləri Azərbycan geri vermək fikri yoxdur. ATƏT-in Minsk qrupunun apardığı danışıqlar diksiyadır. Sadəcə bizim başımızı qatmaqdan başqa bir şey deyil. Deməli, üfüqda müharibə görünür. ATƏT-in Mins qrupu Azərbaycana Dağlıq Qarabağda referendum keçirilməsi məsələsini sırımaq istəyir. Hazırda ermənilərin çoxluq təşkil etdiyi ərazidə referendumun keçiriləməsi Qarabağın itirlməsi deməkdir. Azərbaycanın haqqıdır ki, öz ərazilərndə beynəlxalq hüquqdan istifadə edərək anti-terror əməliyyatları keçirsin. Qarabağ azərbaycanın daxili məsələsidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın hazırki hakimiyyətinə ümid etmək doğru deyil: “Paşinyan Rusiyanı qıcıcıqlandıracaq hər hansı bir addım atmayıb”.
Forumda çıxış edən millət vəkili Tahir Kərimli Azərbaycanın işğal edilmiş ərazilərində anti-terror əməliyyatları keçirməyə çağırıb: “İllərdir Azərbaycan torpaqları erməni işğalındadır və Dünya təşkilatları susur. Əgər Azərbaycan bir qarış erməni torpağını işğal etsəydi, Dünya təkilatları bir il də dözməzdi. Bizim Qarabağda anti-terror keçirəyə tam haqqımız var. Öz ərazimizdir. Son dövr gənclərimizin də orduya inamı xeyli artıb. Milli xarakterimizə geri qayıtmalı, Qarabağımızı azad etməliyik”.
KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında bildirib ki, 10 il bundan əvvəl Qarabağda anti-terror əməliyyatı aparılmasını təklif edib:
“Ancaq bu əməliyyat baş vermədi. Qarabağ probleminin həllinin açarı heç yerdə deyil. O açar Azərbaycanda, Azərbaycan əsgərinin cibindədir. Əsgərə əmr vermək lazımdır. Müharibə olarsa, qələbəmizə inanıram”.
Forum mövzu ətrafında digər iştirakçıların çıxışları bitdikdən sonra bu tipli tədbirlərin davam etdirilməsi qərara alınıb.

Əli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv