Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
SİYASƏT

Pirallahıda ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib

<b>Pirallahıda ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib</b>

İyunun 28-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatıdır-sözləri ilə çıxışına başlayan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsini onun yenilikçi partiya olması ilə əlaqələndirib, partiyanın siyasi kursunun əsas aspektlərindən danışıb.
Pirallahıda ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib
Daha sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qarşıda duran vəzifələrdən danışaraq, ərazi ilk partiya təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulması, nümunəvi və zəif ərazi ilk partiya təşkilatları, ərazi ilk partiya təşkilatlarında maarifləndirici təbliğat tədbirlərinin gücləndirilməsini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Geniş diskussiya şəraitində keçən tədbirdə ərazi ilk partiya təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv