Son xəbərlər
20 NOYABR
19 NOYABR
18 NOYABR
16 NOYABR
SİYASƏT

Bakı “neytral ərazini” azad edib? – Polkovnikdən təfərrüat

<b>Bakı “neytral ərazini” azad edib? – Polkovnikdən təfərrüat</b>

Bəziləri Naxçıvanda işğaldan azad olunan ərazilərin – Günnüt və Qızılqayanın neytral zona olduğunu deyir. Amma onlar bilmir ki, düşmən dövlətlər arasında neytral ərazi olmur. O torpaq ya sənindir, ya da işğal altındadır

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik İlqar Əliyev deyib. O bildirib ki, Azərbaycan ordumuzun 100 illiyi münasibəti ilə keçirilən paradla həm Ermənistana, həm də onun havadarlarına bir mesaj verdi:
“Azərbaycan hər an Qarabağda müharibəyə başlaya bilər. Sadəcə ölkəmiz özünün humanist prinsiplərinə uyğun olaraq, sülh danışıqlarının nəticəsini gözləyir. Amma bu gözləmə çox uzun çəkə bilməz. Nümayiş olunan yeni hərbi silah və texnika Azərbaycan ordusunun döyüş potensialı və zərbə gücünün göstəriciləridir. Azərbaycan gələcəkdə yeni alınmış silahlarla müharibəyə başlamazdan əvvəl Ermənistanan elə bir sarsıdıcı zərbə vura bilər ki, Azərbaycan əsgəri boş torpağa ayaq basar. “Yandırılmış torpaq” taktikasına uyğun şəkildə Azərbaycan müharibəni aparmağa hazırlaşır. Belə ki, əgər biz müharibə etsək, bu, uzunmüddətli yox, qısa, ildırımsürətli müharibə olacaq”.
Polkovnik vurğulayıb ki, Azərbaycanın aldığı yeni silahlar, xüsusilə, “Polonez” və “Lora” kompleksləri Ermənistanın bütün əməliyyat ordusunun istənilən hədəfini məhv etməyə qadirdir:
“Azərbaycanın artıq qətiyyətli əməliyyatlarının sayı artmaqdadır. Bu əməliyyatlar Ermənistana mesajdır ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt işğaldan azad edə bilər”.
Polkovnik Naxçıvan əməliyyatları nəticəsində işğaldan azad olunmuş torpaqları neytral zona adlandıranlara da münasibət bildirib:
“Düşmən olan iki dövlət arasında neytral torpaq anlayışı yoxdur. Bu müddətə qədər həmin ərazilər Ermənistanın işğalı və nəzarəti altında idi. Naxçıvan əməliyyatlarından sonra isə həmin torpaqlar tamamilə Azərbaycanın nəzarətinə keçdi. Bununla Azərbaycan ordusu ermənilərin bir çox strateji obyektlərini, infrastrukturlarını və Qarabağa gedən yollarını öz nəzarətinə keçirdi”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv