SOSİAL
Müəssisələrə verilən bu sertifikat ləğv edildi

İyunun 1-dən ölkə ərazisində fəaliyyət göstərən müəssisələrə verilən gigiyenik sertifikatlar ləğv olunur
Bu sözləri bu gün “Çinar Plaza”da keçirilən mətbuat konfransında çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, xaricdən gətirilən məhsullara da gigiyenik sertifikat verilməyəcək:
"İstər xaricədən gələn, istərsə də ölkə ərazisində fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsul qida təhlükəsizliyinə görə qeydiyyata düşəcək. Müəssisənin istehsal etdiyi məhsula görə qida təhlükəsizliyi sertifikatı alınacaq. Bu, beynəlxalq konvensiyaya uyğundur”.