Son xəbərlər
20 NOYABR
19 NOYABR
18 NOYABR
16 NOYABR
İQTİSADİYYAT

Vergilərdən büdcəyə daxil olan məbləğ azaldıldı – Səbəb

<b>Vergilərdən büdcəyə daxil olan məbləğ azaldıldı – Səbəb</b>

Dövlət büdcəsində neftin bir barrelinin satış qiyməti təsdiq olunmuş proqnoza (45 dollar) nisbətən 10 dollar artırılaraq, 55 dollar müəyyən edilməsi nəzərdə tutulur. Bu da neftin satış qiyməti hesabına büdcə daxilolmalarının 500 milyon manat artırılması deməkdir

Bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018-ci il büdcə layihəsinə təklif edilən dəyişikliklərdən danışarkən deyib.
Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır:
“Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin 1 milyard 27 milyon manat azaldılması zərurəti yaranıb. Buna səbəb Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Bu azalma 1 milyard 27 milyon manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 milyon manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 mln. azaldılması təklif olunur”, - nazir bildirib.
S.Şərifovun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 22.110 milyard proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.
Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar iclasında “Dövlət büdcəsi haqqında” qanun da daxil olmaqla, 40 məsələ müzakirə ediləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv