Son xəbərlər
17 İYUL
16 İYUL
SOSİAL

Bu halda Bakı-Sumqayıt yolundakı təmir dayandırılacaq

<b>Bu halda Bakı-Sumqayıt yolundakı təmir dayandırılacaq</b>

Havanın temperaturu 42 dərəcəni keçəcəyi halda Bakı-Sumqayıt yolunda aparılan təmir işləri dayandırılacaq

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli 26 iyundan start verilən və dayanmadan davam etdirilən Bakı-Sumqayıt yolunun təmir işləri ilə əlaqədar danışarkən deyib.
A.Nəcəfli bildirib ki, işlər açıq havada aparıldığı üçün temperatur nəzərə alınır və buna əsasən iş aparılır:
“Bakıda temperaturun 38-39 dərəcə olduğu bildirilib. 41-42 dərəcəni keçəcəyi təqdirdə işlər dayandırılacaq”.
Qeyd edək ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv