Son xəbərlər
17 İYUL
16 İYUL
DÜNYA

Tramp NATO-nu dağıdır, Qərbi Rusiyanın vassalı edir...

<b>Tramp NATO-nu dağıdır, Qərbi Rusiyanın vassalı edir...</b>

ABŞ Prezidenti Donald Trampın siyasəti ABŞ və Avropa ölkələrinin xarici və daxili siyasətini faktiki olaraq Kremlə tabe edə bilər

Bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Helsinkini görüş yeri kimi seçməsi çox uğurludur. Finlandiya İkinci Dünya müharibəsindən sonra SSRİ ilə dostluq haqqında razılaşma imzaladı və bu razılaşmaya əsasən Finlandiya qonşusunu qəzəbləndirməməkdən ötrü öz prinsip və suverenliyindən geri addım atmağa məcbur edildi. İndi də Tramp yalnız özünə bəlli olan səbəblər ucbatından AB və ABŞ üçün eyni situasiyanı yaratmağa çalışır.
Ağ Ev rəhbəri güman edir ki, Krımın anneksiyasını tanıyıb, Suriya məsələsində razılıq əldə edə biləcək. Trampın fikrincə, ABŞ qoşunlarının buradan çıxması qarşılığında Rusiya İranın Suriyada qarşısını ala biləcək. Amma bu halda belə bütün Suriya yenə Rusiya və İranın nəzarətində olacaq.
Bu addım Trampın Kremldəki dostuna edəcəyi güzəştlərin başlanğıcı olacaq. Tramp həmçinin Almaniyadan ABŞ ordusunun çıxarılmasını tədqiq etməyi tapşırıb. Almaniyada ABŞ ordusunun olması bizim Avropanı Rusiyadan qoruyacağımıza dair siqnal idi. Qoşunların çıxarılması finladiyalaşma prosesi üçün qapıları açacaq.
Trampı heç vaxt rus casusu saymamışam, amma əgər o, həqiqətən casus olsaydı, görəsən, özünü necə aparardı? Əgər NATO Trampın hakimiyyətinin sonuna qədər indiki formada qalacaqsa, bu, möcüzə olacaq”, – deyə məqalədə bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv