Son xəbərlər
17 İYUL
16 İYUL
HADİSƏ

Ziya Məmmədovun villası yanır? - FHN-dən açıqlama

<b>Ziya Məmmədovun villası yanır? - FHN-dən açıqlama</b>

Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində yerləşən villaların yaxınlığındakı ərazidə mülk yox, obyektdə yanğın hadisəsi qeydə alınıb

Bu barədə FHN Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, səhər saatlarında həmin ərazidə yanğınla bağlı zəng daxil olub:
"Səhər saatlarında paytaxtın sözügedən ərazisində yerləşən obyektlərdən birində yanğın baş verib. Artıq yanğın söndürülüb. Hadisə nəticəsində zərərçəkən olmayıb. İlkin ehtimala görə, yanğına elketrik naqillərində yaranan qısaqapanma səbəb olub".
Qeyd edək ki, bu gün Teymur Əliyev küçəsində yerləşən və Ziya Məmmədova məxsus olduğu bildirilən villalardan birində yanğın olduğu barədə məlumat yayılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv