Son xəbərlər
17 İYUL
16 İYUL
HADİSƏ

Azərbaycan polisi haqqında marş - Video

<b>Azərbaycan polisi haqqında marş - Video</b>

Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb

Kult.az xəbər verir ki, sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşı, polis kapitanı Elşad Hacıyevə aid olan marşın bəstəkarı Aydan Əliyevadır. Aranjemanı BŞBPİ-nin əməkdaşı, polis mayoru Xəyal Məmmədov edib. Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib.
Marşın sözləri:
Şanlı tarix keçibdir,
Hər anında Vətən var,
Hər sözündə Vətən var,
Vətəndaşı, insanı
Qoruyandı, qoruyan,
Azərbaycan polisi!
***
Vəzifəsi müqəddəs,
Sədaqəti əbədi,
Azərbaycan polisi!
Vicdanla qorumağa,
And içibdir Vətəni
Azərbaycan polisi!
***
Gecə-gündüz demədən,
Asayiş keşiyində,
Ayıq-sayıq dayanıb,
İnsandır əmanəti,
Xalqına xidmət edir -
Azərbaycan polisi!
***
Nəqarət
Vətən yolu – haqq yolu,
Haqq yolundan dönməyən,
Lazımsa, candan keçər,
Azərbaycan polisi!
Qeyd edək ki, hazırda Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təntənəli mərasim keçirilir.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv