Son xəbərlər
17 İYUL
16 İYUL
SOSİAL

Hava 2 gün sonra 15 dərəcə... – Ekoloq

<b>Hava 2 gün sonra 15 dərəcə... – Ekoloq</b>

Yay fəslində belə istilərin müşahidə edilməsi normal haldır

10:51
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov deyib. O bildirib ki, havaların belə isti keçməsinə “anomal hava şəraiti” demək düzgün deyil:
“1950-ci ildən 1972-ci ilə qədər havalar çox isti keçirdi. Amma sonralar havanın temperaturu düşməyə başladı və sərin hava şəraiti müşahidə olundu. İndi isə hava yenidən isinməyə başlayıb. Bunun da səbəbi müharibə və xüsusi silahlardan istifadə olunmasıdır”.
Telman Zeynalov bu gün müşahidə olunan tozlu hava şəraitinin səbəblərindən də danışıb:
“Havada tozun əmələ gəlməsinə səbəb şimal-qərb küləyidir. İndən belə havalar 5-6 dərəcə aşağı düşəcək. Hətta 10-15 dərəcə düşməsi də ehtimal olunur. 2 gün sonra çox şiddətli külək olacaq. Buzlaqlar əridikcə okeanın suyu soyuyur. Bu da öz növbəsində tufan və qasırğaların əmələ gəlməsinə şərait yaradır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv