Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
HADİSƏ

“Ağ canavar”dan polislər haqda tərif

<b>“Ağ canavar”dan polislər haqda tərif</b>

Ölkəmizin dörd bir tərəfində böyük bir inamla çalışan və xalqımız üçün heç bir fədakarlıqdan qaçmayan, gecəsini gündüzünə qatan, 24 saat cəmiyyətimizin, xalqımızın rifahına, qeydinə qalan və müdafiəsi üçün çalışan başda Daxili İşlər naziri, polis general-polkovniki Ramil Usubov olmaqla, polislərin hər birinin bayramını təbrik edirəm.
Bu sözləri “Ağ canavar” ləqəbli azərbaycanlı kikboksçu, 23 qat dünya çempionu Eduard Məmmədov polisləri təbrik edərkən deyib. O, Azərbaycan polisi olduğu üçün fəxr etdiyini bildirib:
“Bu gün Azərbaycan polisinin 100 illiyi qeyd olunur. Hər zaman vətənimin bayrağını dünyada ucaltmağa bir polis, idmançı və ən əsası Azərbaycan vətəndaşı kimi əlimdən gələni etməyə hazıram”.
Qeyd edək ki, Eduard Məmmədov hazırda Daxili İşlər Nazirliyində işləyir, polis polkovnik-leytenant rütbəsindədir və öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv