Son xəbərlər
21 YANVAR
20 YANVAR
18 YANVAR
17 YANVAR
MƏDƏNİYYƏT

Nazir yeni şöbə müdirləri təyin etdi

<b>Nazir yeni şöbə müdirləri təyin etdi</b>

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib

Bu barədə nazirlikdən məlumat verilib.
Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, İsmayıl Hüseynov nazirliyin İncəsənət şöbəsinin müdiri təyin edilib.
Nazirlikdə Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə Cahangir Məmmədov təyin olunub.
Yeni yaradılan Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsi isə Yusif Səfərova havalə olunub.
Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv