Son xəbərlər
22 İYUL
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

İşıqsız xəstəxanalarda ölüm faktı qeydə alındı?

<b>İşıqsız xəstəxanalarda ölüm faktı qeydə alındı?</b>

Azərbaycanda işıqla bağlı baş verən problem nəticəsində Səhiyyə Nazirliyinin balansında olan tibb müəssisələrində heç bir problem qeydə alınmayıb

Bu sözləri Axar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. O bildirib ki, işıqlar sönəndən bir neçə dəqiqə sonra generatorlar qoşulub:
“Xəstələrin olduğu şöbələr, əməliyyatxanalar işıqla təmin edilib. Ona görə də heç bir problem yaranmayıb. Hər hansı ölüm faktı, insan tələfatı, yaralanma halları yoxdur”.
S.Əhmədova Təcili Tibbi Yardım stansiyalarının fəaliyyətində də problem yaşanmadığını bildirib.
Qeyd edək ki, dünən gecə Mingəçevir İES-in bloklarından birində yaranan problem nəticəsində ölkənin bir çox şəhər və rayonlarında elektrik enerjisi kəsilmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv