Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
İQTİSADİYYAT

İxrac təşviqi ilə bağlı maariflənləndirmə tədbiri keçirilib

<b>İxrac təşviqi ilə bağlı maariflənləndirmə tədbiri keçirilib</b>

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2018-ci il qərarına əsasən, “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər edilib və ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb

Belə ki, artıq Azərbaycandan ixrac edilən yumurta, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və meyvə çaxırlarına (üzüm çaxırı istisna olmaqla) da ixrac təşviqi mexanizminin tətbiq edildiyi məhsulların siyahısına daxil edilib.
Bununla əlaqədar olaraq, sahibkarların məlumatlandırılması məqsədi ilə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə 40-a yaxın sahibkar iştirak edib.
AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib, ixrac təşviqinin ödənilməsi mexanizminin tətbiq edildiyi məhsulların sayının artırılmasının sahibkarlar üçün əlavə imkanlar yaratdığını vurğulayıb, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Sonra AZPROMO-nun əməkdaşları “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər barədə təqdimatlarla çıxış edib, sahibkarların suallarını cavablandırıblar.
Qeyd: İndiyədək sahibkarlara 5,3 milyon manat, bu ilin altı ayında isə 2,2 milyon manat ixrac təşviqi ödənilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv