Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
HADİSƏ

BNA avtobusları Mingəçevir İES-dən enerji alır?

<b>BNA avtobusları Mingəçevir İES-dən enerji alır?</b>

Mingəçevir İES-in əsas düyün yarımstansiyasında baş vermiş açılma Bakı Nəqliyyat Agentliyinin marşrutlarının iş qrafikinə də “təsir edib”

Axar.az xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq, dayanacaqlarda marşrut problemi yaşanıb.
Saatlarla dayanacaqda qalan sərnişinlər avtobus gözləməyə məcbur olublar. Uzun fasilədən sonra “BNA ənənəsinə” uyğun olaraq, eyni xətt üzrə işləyən 3-4 avtobus eyni anda dayanacağa daxil olub.
Təəssüf ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev müşahidə etdiyimiz faktın səbəblərinin araşdırılması əvəzinə hər zamankı kimi, təkzib mövqeyində dayanıb və bildirib ki, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət qrafikində hər hansı bir problem qeydə alınmayıb:
“Avtobuslar adi rejimdə işini davam etdirirlər. Yalnız səhər saatlarında avtovağzal stansiyası işləmədiyindən o istiqamətdə avtobusların hərəkətində müəyyən dəyişiklik edilib. Lakin bu da artıq aradan qaldırılıb”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv