Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
QHT XƏBƏR

QHT Xaçmazda tədbir keçirib - Uşaqlar maarifləndiriliblər

<b>QHT Xaçmazda tədbir keçirib - Uşaqlar maarifləndiriliblər</b>

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Xaçmaz rayonunda “Uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda növbəti tədbirini keçirib

Xaçmaz rayon 1 saylı məktəbəqədər təhsil müəssisəsində uşaqlar, tərbiyəçi müəllimələr, valideynlərin iştirakı ilı keçirilən tədbirdə Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı dövlət tərəfindən atılan addımlardan, uşaqlara göstərilən qayğı və diqqətdən söhbət açılıb.
Layihənin rəhbəri Cavid Şahverdiyev bildirib ki, Uşaq hüquqları insan hüquqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsinə mükəmməl hüquqi baza yaradılıb. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi həmişə ön planda olub, məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 6 Fevral 2006-cı il tarixli Fərmanı ilə əsas mərkəzi icra hakimiyyəti orqanı kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu orqan ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Komitə mövcud yerli, beynəlxalq qanunvericilik və digər normativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini həyata keçirir.
QHT rəhbəri daha sonra qeyd edib ki, uşaq ailənin möhkəmliyi, xalqın gələcəyi və cəmiyyətin sabahıdır. Buna görə də, uşaq hüquqlarının qorunmasında birinci növbədə məsuliyyət valideynin üzərinə düşür. Bu, Azərbaycan Respublikasının Ali qanunu olan Konstitusiyanın 17.2-ci maddəsində də təsbit edilmişdir. Həmin maddəyə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsində də göstərildiyi kimi, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər tərəfindən həyata keçirilir: "Uçaq hüquqlarının qorunması sahəsində Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın əməyini yüksək qiymətləndirmək lazımdır. Məhz Heydər Əliyev Fondu uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir və bu iş gündən-günə daha artıq vüsət alır".
Tərbiyəçi müəllimələr də mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Qeyd ediblər ki, uşaq bağçalarında tərbiyə alan bütün uşaqların hüquqları qorunmalı, onlar zorakılığa məruz qalmamalı və incidilməməlidirlər. Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv