Son xəbərlər
18 SENTYABR
17 SENTYABR
14 SENTYABR
İQTİSADİYYAT

İsveçrəyə ixrac missiyası başa çatıb

<b>İsveçrəyə ixrac missiyası başa çatıb</b>

İqtisadiyyat Nazirliyinin İsveçrəyə təşkil etdiyi ixrac missiyası çərçivəsində keçirilmiş görüşlər zamanı Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib

"AZPROMO"-nun təşkilatçılığı ilə keçirilən görüşlərdə Azərbaycan iş adamları İsveçrəli həmkarları ilə əməkdaşlıq imkanlarına, fındıq məhsullarının İsveçrəyə ixracına dair müzakirələr aparıblar. İxrac missiyasında həmçinin fındıq emalında tətbiq olunan yeni texnologiyalarla tanış olub və potensial müştərilərlə görüşlər keçiriblər.
Səfər çərçivəsində İsveçrənin “GN-company”, “Varistor“ və “Delica” və digər nüfuzlu şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirklətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.
Qeyd edək ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxil idi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv