Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
HADİSƏ

Baş nazir İES-dəki qəza ilə bağlı tapşırıq verdi

<b>Baş nazir İES-dəki qəza ilə bağlı tapşırıq verdi</b>

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib

11:20
Modern.az-ın məlumatına görə, Mingəçevir İES-də baş verən hadisənin Baş nazirinin diqqətində olduğu bildirilir.
Novruz Məmmədovun tapşırığı ilə Baş nazirin birinci müavini Yaqub Eyyubov bu gün hadisə yerinə - Mingəçevirdəki İstilik Elektrik Stansiyasına (İES) gedib. Baş nazirin birinci müavini qəzanın ilkin səbəblərinin araşdırılması, fəsadların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
İyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasının yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
Energetika Nazirliyi və Azərenerji ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb.
Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv