Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
SOSİAL

Sabahın hava proqnozu açıqlandı

<b>Sabahın hava proqnozu açıqlandı</b>

Sabaha gözlənilən hava proqnozu açıalnıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında İyulun 04-də hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 25-27, gündüz 39-41dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində iyulun 04-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.
Cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Azərbaycanın rayonlarında iyulun 04-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 39-44, dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv