Son xəbərlər
20 SENTYABR
19 SENTYABR
HADİSƏ

Marşrutlar pulsuzdur: bəs aparat niyə söndürülmür?

<b>Marşrutlar pulsuzdur: bəs aparat niyə söndürülmür?</b>

Sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən sürücü, hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək

Bu sözləri Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yaranmış vəziyyətlə əlaqədar bütün marşrutların pulsuz xidmət göstərməsinə baxmayaraq, bəzi sürücülərin ödəniş qəbul etməsinə münasibət bildirərkən deyib.
M.Ağayev bildirib ki, əvvəlcədən məlumat verildiyi kimi, 03 iyul saat 19 radələrindən etibarən Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir:
“Bununla əlaqədar, daşıyıcılara müəyyən göstərişlər verilib. Həmçinin, qəti şəkildə daşıyıcılara tapşırılıb ki, xüsusi rejim davam etdiyi müddətdə sərnişindaşıma ödənişsiz həyata keçirilsin. Bildiririk ki, bu və xüsusi rejimlə bağlı digər tapşırıqları yerinə yetirməyən, sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək”.
M.Ağayev pulsuz elan olunduqdan sonra marşrut avtobuslarında gedişhaqqı qəbul edən xüsusi aparatların niyə hələ də söndürülmədiyinə və gedişin pulsuz olmasından xəbərsiz olan bir çoxlarının ödəniş etdiyinə aydınlıq gətirməyib. Bildirib ki, bu mövzuda bağlı sosial şəbəkələrdən və KİV-dən daxil olan bütün müraciətlər qeydə alınır və vəziyyət normallaşdıqdan sonra zəruri tədbirlərin görülməsi təmin ediləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv