Son xəbərlər
17 İYUL
16 İYUL
SOSİAL

Bakıdakı “əcaib” dumanın səbəbi məlum oldu

<b>Bakıdakı “əcaib” dumanın səbəbi məlum oldu</b>

Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan duman meteoroloji şəraitlə bağlıdır

08:42
Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Milli Monitorinq Departamenti yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən qızmar isti hava şəraiti, eyni zamanda, gecə və səhər saatlarında müşahidə olunan normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub.
İyulun 3-dən 4-ə keçən gecə atmosferin Yer səthinə yaxın olan qatında inversiya müşahidə olunub. Bununla yanaşı “Vaisala” avtomatik hava keyfiyyəti ötürücüsündən əldə edilən monitorinq nəticələrinə əsasən iyulun 4-də gecə saatlarında havada disperstozun miqdarı norma daxilində olub. Buna görə də havada müşahidə olunan dumanın səbəbi meteoroloji şəraitlə bağlıdır.
Belə ki, meteoroloji parametrlərdən olan nisbi rütubət isə gecə saat 02:25-dən 05:55-ə qədər 77,8-94,1 faiz intervalında dəyişib (normadan xeyli yüksək).
Havada temperaturun səhər saatlarından başlayaraq artması ilə əlaqədar nisbi rütubət azalaraq saat 9:25-də 47,3 faiz olaraq norma daxilinə düşüb.
Qeyd edək ki, sözügedən dumanın fotoları paylaşılaraq, qeyri-adi olay kimi təqdim olunurdu.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv