Son xəbərlər
22 İYUL
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Təcili yardıma 2133 müraciət oldu – İstinin fəsadları

<b>Təcili yardıma 2133 müraciət oldu – İstinin fəsadları</b>

İyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı Metropoliten stansiyalarının qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib

Bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib. O bildirib ki, ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.
S.Əhmədova ötən gün ərzində BŞTTTYS-nın 103 xidmətinə ümumilikdə 2 133 müraciət daxil olduğunu bildirib:
“Müraciət edənlərin 220-si stasionar şöbələrə yerləşdirilib. Bunların 10-u günvurma hadisəsi ilə bağlı olub, 9-u xəstəxanalara yerləşdirlib. Yay mövsümü girdiyi müddətdən bu günə kimi günvurma diaqnozu ilə 62 müraciət daxil olub. Onlardan 46-sı kişi, 12-si qadın, 4-ü isə uşaqdır. İlansancma diaqnozu ilə 17 müraciət daxil olub. Ölüm faktı qeydə alınmayıb”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv