Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
İQTİSADİYYAT

Azərbaycan - Pakistan biznes konfransı keçirilib

<b>Azərbaycan - Pakistan biznes konfransı keçirilib</b>

İyulun 4-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes konfransı keçirilib

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, əczaçılıq, tikinti, siğorta, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı iştirak edib.
Biznes-konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafın, əlverişli biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb, sahibkarlıq sahəsində həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır.
Azərbaycan-Pakistan iqtisadi-ticarət əlaqələri barədə də danışan Rüfət Məmmədov qeyd edib ki, indiyədək ölkəmizdə 270-ə yaxın Pakistan şirkəti qeydiyyatdan keçib.
Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının (RCCİ) prezidenti Zahid Lətif Xan Azərbaycan və Pakistanın işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini bildirib, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib, sahibkarlar arasında yeni əlaqələrin qurulması istiqamətləri barədə fikirlərini bölüşüb.
Tədbirdə Azərbaycan və Pakistan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçilib.
Konfrans çərçivəsində AZPROMO və RCCİ arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.
Biznes-konfrans iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv