Son xəbərlər
20 NOYABR
19 NOYABR
18 NOYABR
16 NOYABR
HADİSƏ

Gəncə İH Elmar Vəliyevlə bağlı çağırış etdi

<b>Gəncə İH Elmar Vəliyevlə bağlı çağırış etdi</b>

Mediadan, Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edirik ki, rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar

Bu sözlər Gəncə Şəhər İcra Hakimiyyətinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və Mingəçevir İES-də baş verən qəzanı bir-birilə əlaqələndirilməsi ilə bağlı yayılan bəyanatda əksini tapıb.
Qurum açıqlamada insanları bu məsələlərlə bağlı rəsmi olmayan heç bir məlumata inanmamağa çağırıb:
“Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı həyata keçirilən silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışır. Həmçinin dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirirlər.
Özlərini müstəqil sayan bir sıra xəbər saytları bu eyforik əhval-ruhiyəyə qoşularaq, dəqiqləşdirilməmiş şayiələri baş verən hadisə kimi təqdim edib və vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd göstərirlər.
Bu səbəbdən Gəncə sakinləri və ümumilikdə vətəndaşlardan xahiş edirik ki, rəsmi olmayan məlumatlara inanıb, paylaşmasınlar”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv