Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
DÜNYA

Rusiyada siyasi defolt baş tutdu - Smelyanski

<b>Rusiyada siyasi defolt baş tutdu - Smelyanski</b>

Rusiyadakı iqtisadi situasiya çox çətindir, amma hələlik defolt haqqında danışmaq çox tezdir

Bunu “Obozrevatel” saytına açıqlamasında ukraynalı iqtisadçı Yuri Smelyanski deyib.
“Rusiyada iqtisadi böhran 2012-ci ilin sonundan bu yana davam edir. Hazırda sanksiyalar vasitəsilə bu böhran daha da dərinləşir. Siyasi kursu dəyişmək yerinə bütün bu situasiya Rusiya rəhbərliyini ölkəni mühasirəyə alınmış qala vəziyyətinə gətirməyə məcbur edir.
2016-cı ildən etibarən Rusiya ölkə iqtisadiyyatının hərbi iqtisadiyyata çevrilməsi prosesinə başladı. Bu, tamam ayrı iqtisadi modeldir. Burada hadisələr fərqli inkişaf edəcək. Yeni model qapalıdır və daha çox SSRİ-ni xatırladır. Gücləndirilmiş sanksiyalar sayəsində tətbiq edilən qapalı sistem və iqtisadi böhran sonda SSRİ-də talonların tətbiqinə gətirdi. O zaman defoltdan söhbət gedə bilməzdi, çünki bu, tamam başqa model idi. Rusiya da eyni ssenari ilə hərəkət edir.
Defolt əslində dövlətin öz öhdəliklərini icra etməkdən imtina etdiyi situasiyadır. Rusiya bu gün özünün öhdəliklərinin böyük hissəsini icra etməkdən imtina edib. Görünür, Rusiyada siyasi defolt artıq baş tutub”, – deyə o bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv