Son xəbərlər
17 İYUL
16 İYUL
SİYASƏT

Paşinyanın Kremli qəzəbləndirən addımları

<b>Paşinyanın Kremli qəzəbləndirən addımları</b>

Ümumiyyətlə, son vaxtlar Ermənistanda baş verən hadisələr onu göstərir ki, Paşinyan çox cidd-cəhdlə seçkilərə hazırlaşır

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, onun apardığı antikorrupsiya proqramı çərçivəsində bir sıra böyük siyasətçilərin vurulması bunun göstəricisidir:
“Eyni zamanda Serj Sərkisyanın yaxın qohum-əqrəbasının korrupsiyada ittiham edilməsi, Respublika Partiyasının ən mühüm fiqurlarının həbs edilərək, onların əmlakının müsadirə edilməsi göstərir ki, o, seçkilərə tam hazırlıqlı vəziyyətdə getmək istəyir. Seçkilərdə Konstitusiyaya müəyyən dəyişikliklər də edilə bilər. Bu zaman yeni prezidentin təyin edilməsi məsələsini də Paşinyan gündəmə gətirə bilər. Məhz Armen Sərkisyanın istefaya göndərilməsi məsələsinin Konstitusiya yolu ilə həyata keçirilməsi mümkündür”.
Politoloq vurğulayıb ki, Paşinyanın siyasətinin əsas hissəsi son vaxtlar həm Daxili Qoşunlarla, həm Müdafiə Nazirliyi ilə birlikdə apardığı əməliyyatlarda da özünü göstərir:
“Bu gün o, mitinqlərdə insanlara qarşı zorakılıq tətbiq edən Daxili Qoşunları cəbhə bölgəsinə, işğal olunmuş ərazilərə göndərməyə çalışır. Digər tərəfdən o, bununla əsgərlərin çağırışdan yayınması məsələsini də ortaya qoyur. Daxili Qoşunlar cəbhəyə gətiriləndən sonra yerli separatçılarla onların necə ünsiyyət quracağı da sual altındadır. Yəni Ermənistanda bu gün problemlər həddən artıq çoxdur. Bunların da hamısının səbəbi Paşinyanın seçkilərə hazırlaşmasıdır. Seçkilər vasitəsilə Paşinyan prezident üsulunu, eyni zamanda, Konstitusiyanın müəyyən maddələrini ola bilsin ki, dəyişsin”.
Politoloq qeyd edib ki, bu gün Ermənistanda qərbyönümlü QHT-lərin yaranması da sürətlə davam edir:
“Bu da Rusiyanı qıcıqlandırır. Həmçinin, Paşinyanın Dağlıq Qarabağ ərazisində Daxili Qoşunları yerləşdirib, ordunu çıxarması Rusiya hərbi bazalarının yerinə yetirdiyi funksiyaların əlindən alınması deməkdir. Seçkiyə qədər Paşinyan ətrafında ona uyğun olmayan siyasətçiləri lokallaşdıra bilsə, artıq Armen Sərkisyanın istefası, yaxud buna siyasi don geyindirməsi məsələsini də gündəmə gətirəcək”.
Politoloq Paşinyanın “1mart 2008” dosyesini açmasına da münasibət bildirib:
“Paşinyanın 1 mart 2008 dosyesini açmaqda əsas məqsədi seçkilərə qədər siyasi gedişlər etməkdir. Nəyin bahasına olur-olsun, o özünün təmizliyini xalqa göstərməyə çalışır. Eyni zamanda Sərkisyanın komandası çalışırdı ki, Dağlıq Qarabağ məsələsində Paşinyanı düşmən, satqın obrazında göstərsin. Ona görə də Paşinyan bütün arxiv məsələləri yenidən qaldırmaqda maraqlıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv