Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
DÜNYA

Məşhur dini sektanın liderləri edam edildi

<b>Məşhur dini sektanın liderləri edam edildi</b>

Yaponiyada Aum Sinrikyo dini sektasının keçmiş lideri Syoko Asaxaru edam edilib

Bu barədə məlumatı NHK televiziyası yayıb. Televiziya Asaxarunun asılaraq edam edildiyini bildirib.
Asaxaru edamından öncə Tokiodakı həbsxanalardan birində saxlanılıb. Onunla bərabər 10 nəfər ölüm hökmünə məhkum edilib. Edam edilənlər arasında dini sektanın digər nüfuzlu şəxsləri Kiyoxide Xayakava, Tomomasa Nakaqava və Yosixiro İnouedə yer alıb.
Qeyd edək ki, Aum Sinrikyo 1987-ci ildə yaradılıb. Dini sektanın üzvlərinin sayı müxtəlif dövrlərdə 50 min nəfərə qədər çatıb. Təşkilat əvvəllər məşhurluq qazansa da, sonradan törətdiyi cinayətlər və teraktlara görə hökumətin hücumlarına məruz qalaraq öz gücünü itirib.
Aum Sinrikyo hazırda Əlif adıyla fəaliyyətini davam etdirir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv