Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
TÜRK DÜNYASI

Kubada türk iş adamı həbs olundu – İnanılmaz səbəb

<b>Kubada türk iş adamı həbs olundu – İnanılmaz səbəb</b>

Türkiyənin Bodrum bölgəsində yerləşən otelində kubalı sənətçiyə iş verən türk iş adamı Oqtay Başyurd 3 ay öncə səfər etdiyi Kubada həbs olunub

3 aydır həbsdə olan və məhkəməyə çıxarılmayan Başyurdun yaxınları iş adamı barədə səsləndirilən ittihamlara etiraz edib.
Məlumata görə, otel və turizm agentliyinin sahibi Oqtay Başyurd ötən il yanvar ayında işlə bağlı Kubaya səfər edib. Otelində təşkil etdiyi “Kuba gecələri”ndə bu ölkənin mədəniyyətini əks etdirən Başyurd aprelin 7-də Cienfiyaqus şəhərində saxlanılıb.
Kubaya çox sayda turist göndərib, viza məsələlərində onlara yardım edən iş adamının həbsi yaxınlarının təəccübünə səbəb olub. İttihamın nə olduğunu araşdıran müttəhimin vəkili inanılmaz bir səbəblə qarşılaşıb.
İddialara görə, kubalı rəsmilər türk iş adamını “Kuba mədəniyyətindən istifadə etməklə gəlir əldə etmək”, “Kuba dəyərlərini ticarət ünsürü olaraq istifadə etmək”də ittiham ediblər.
“Beynəlxalq hüquqda belə bir ittiham ola bilməz. Bu, insan hüquqlarına ziddir. Həm öz vətəndaşlarının, həm də bizim haqlarımız tapdalanır. İndi biz də türk sənətçiləri çalışdırdıqları üçün əcnəbi iş adamlarını həbs edək?”, - Başyurdun vəkil bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv