Son xəbərlər
20 NOYABR
19 NOYABR
18 NOYABR
16 NOYABR
SİYASƏT

Prezidentin tənqidindən onlar nəticə çıxarmayacaq – Deputat

<b>Prezidentin tənqidindən onlar nəticə çıxarmayacaq – Deputat</b>

Ölkə prezidenti bu məsələdə hamıdan çox narahatlıq keçirən şəxsdir

Çünki ən kiçik elektrik stansiyasının açılışında belə prezident özü iştirak edərək, enerji sahəsinə nə qədər böyük diqqət yetirdiyini göstərib.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, prezident bərpa olunan enerjinin yaradılması istiqamətində addımlar atır, layihələrin həyata keçirilməsinə vəsait ayırır:
“Amma bu sahəyə uyğun olmayan adamların çoxu bu vəsaitin real sektorda tətbiqinə mane olur. Buna görə də bu gün enerji sahəsində olan natamamlıqların, problemlərin olmasına da birinci hiddətlənən ölkə prezidenti oldu. Prezident müşavirədə sərt şəkildə öz fikirlərini dilə gətirdi. Fikrimcə, bu müşavirədən sonra artıq işin işbilənlərə tapşırılması prosesi başladılacaq. Ölkədə müəyyən dərəcədə ixtisaslaşmış yanaşma özünü göstərməlidir. Təsəvvür edin ki, AMEA-nın Fizika İnstitunun direktorunun özü belə fizik deyil. Dünyanın hansı ölkəsində fizik olmayan bir şəxsi Fizika İnstitutuna direktor qoyarlar?!”
Millət vəkili vurğulayıb ki, Azərbaycanda hamı bir-biri ilə bağlıdır, hamı-hamının eybini ört-basdır etməklə məşğuldur:
“Ona görə də həqiqətləri ortaya çıxarmaq çətindir. Hesab edirəm ki, bu hadisə ölkədə ciddi silkələnmənin baş verməsinə gətirib çıxarmalıdır”.
Millət vəkili qeyd edib ki, bu hadisə Azərbaycanda böyük bir kadr dəyişikliyinin başlanğıcı ola bilər:
“Sahəni bilməyən adamların əlindən o vəzifələr alınmalıdır. Sahənin mütəxəsisləri, ixtisasına uyğun, peşəsinə uyğun adamlar vəzifəyə gətirilməlidir. Doğrusu, Prezidentin sərt sözlərindən və çağırışından bəzilərinin nəticə çıxaracağını gözləmirəm. Çünki onlar məsuliyyət hiss etsəydilər, vəzifələrinin məsuliyyətini daşıyardılar və bu hadisə də baş verməzdi. Ona görə hesab edirəm ki, qəza ilə bağlı yaradılan dövlət komissiyasının araşdırmasının ardından ciddi dəyişiklikləri müşahidə edəcəyik”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv