Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
MƏDƏNİYYƏT

“Təhsil haqqında“ qanuna dəyişikliklərin nəticələri tezliklə özünü göstərəcək

<font color=red><b>“Təhsil haqqında“ qanuna dəyişikliklərin nəticələri tezliklə özünü göstərəcək </b></font>



Ölkə Prezidentinin fərmanına əsasən, “Təhsil haqqında” qanunda dəyişikliklər edilib. Millət vəkili və ekspertlər qanununa edilən dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər.
BayMedia həmin fikirləri təqdim edir:

Millət vəkili Zahid Oruc

Ölkə başçısı tərəfindən “Təhsil haqqında” qanuna edilmiş dəyişikliklərin imzalanması və bunun artıq hüquqi qüvvə alması çox müsbət bir hadisədir. Düşünürəm ki, Təhsil Nazirliyində aparılmış dəyişikliklər bu sferada çox müsbət işlərin, ölkə miqyasında aparıcı yeniliklərin, nəzərəçarpan dəyişikliklərin keçirilməsinə bir vəsilə oldu. Artıq özünə inam qazanmış olimpiada qaliblərinə xüsusi bir testdənkənar qəbul imtiyazlarının və üstünlüklərinin verilməsi öz-özlüyündə etibarlı siyasət kimi palament üzvlərinin bir çoxuna bəlli idi. Biz hər il mərasimlərə qatılırdıq. Sonuncu tədbirdə təhsil naziri Ceyhun Bayramovun mənzərəni diaqramlarla, statistik məlumatlarla göstərməsi sübuta yetirdi ki, onlar millətimizin qızıl təbəqələrinə çevriləcəklər. Birinci sinfə gəldikdə isə qanunvericiliklə proseslər daha da sadələşdi. Millətin xeyrinə olan hüquqi müddəalar bərqərar edildi. Hesab edirəm ki, bu yöndəki dəyişikliklərin nəticələri yaxın gələcəkdə özünü göstərəcək.

Millət vəkili Aydın Mirzəzadə

Təhsil cəmiyyətin daima inkişaf edən, yeniliklərin tətbiq edilməsini özünə məcbur edən bir sahədir. Bu baxımdan qanuna bir müddət əvvəl edilmiş dəyişikliklər diqqəti cəlb edir. Edilən dəyişikliklər həm texniki, həm də mahiyyətli xarakter daşıyır. Belə ki, təhsilin keyfiyyətini artırmağa yönəldilmiş bir sıra yeniliklər vardır. Məsələn, sertifikatlaşdırma ilə bağlı dəyişikliklərdə hamilə qadınlar və yaxud yeni işə götürülənlər sertifikasiyadan azad edilir. Eləcə də Azərbaycan təhsil müəssisələrinin xarici təhsil müəsissələri ilə təcrübə mübadiləsinin yeniliklərin ölkəmizə gətirilməsinə şərait yaradacağı qanunda öz əksini tapır.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli

Azərbaycan Prezidenti İlham Əliyevin “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 12 iyun tarixli Qanunun tətbiqi haqqında fərmanı ölkənin təhsil sistemində aparılan islahatların daha intensiv şəkildə həyata keçirilməsi üçün müstəsna önəm kəsb edir. “Təhsil haqqında” Qanuna edilən son dəyişikliklər son bir neçə il ərzində bu sahədə aparılan ciddi araşdırmalar və təhlillər nəticəsində ortaya çıxıb və labüd olduğu ciddi şəkildə əsaslandırılıb. Bununla bağlı dövlət qurumlarının qanunvericilik təşəbbüslərində presidentlərdən biri kimi diqqəti cəlb edən və nümunəvi xarakter daşıyan bir məqama diqqət çəkmək istəyirəm: “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin hazırlanması prosesinin ictimaiyyət və media təmsilçiləri üçün açıq olması, bununla bağlı geniş ictimai müzakirələrin aparılması, edilən dəyişiklərin mahiyyəti haqqında millət vəkillərinə, KİV və ictimaiyyət təmsilçilərinə ətraflı təhlil edilmiş və əsaslandırılmış məlumatların verilməsi mühüm əhəmiyyət daşıyır. Bu ilk növbədə qanun layihəsinə edilən dəyişikliklərdən irəli gələn vəzifələrin həyata keçirilməsi prosesinin sürətləndirilməsi, ictimai dəstək və uğur qazanması üçün əsas şərtdir. Təhsil elə bir sahədir ki, hər bir Azərbaycan ailəsini, vətəndaşını əhatə edir. “Təhsil haqqında” qanunda dəyişikliklərin bu sahədə aparılan islahatların sürətləndilməsinə və təhsilin keyfiyyətinin yüsəldilməsinə ciddi stimul verəcəyini düşünürəm.

Təhsil eksperti Elmina Kazımzadə

“Təhsil haqqında” Qanuna edilən dəyişiklər təhsilin əlçatanlıq imkanlarını daha da genişləndirir. Bu proseslər məktəb təhsilinin nəticələrinin qəbul imtahanlarına təsirini faktor kimi gücləndirir. Mən bir psixoloq kimi vurğulamaq istəyirəm ki, buraxılış imtahanlarının nəticələrinin ali təhsilə qəbul zamanı nəzərə alınması həqiqətən də insanların yükünü azaldır. Bu, olduqca vacib məqamdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv