Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
DÜNYA

“Noviçok”la zəhərlənən britaniyalı öldü

<b>“Noviçok”la zəhərlənən britaniyalı öldü</b>

Eymsberi bölgəsində sinir-iflicedici maddə ilə zəhərlənən Britaniya vətəndaşı xəstəxanada dünyasını dəyişib

Axar.az xəbər verir ki, bu barədə London polisi informasiya yayıb.
Söhbət bir qədər əvvəl Çarli Rouli adlı şəxslə zəhərlənərək xəstəxanaya çatdırılan 44 yaşlı Don Stercessdən gedir. Polis onların “Noviçok” qazının təsirinə məruz qaldıqlarını açıqlayıb. Roulinin vəziyyətinin də kritik həddə olduğu qeyd olunub.
Britaniya polisi faktla bağlı araşdırmalara davam edir.
Xatırladaq ki, 44 yaşlı Don Stercess və Çarli Rouli 30 iyun tarixində Eymsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Bu şəhər keçmiş casus Sergey Skripal və qızı Yuliyanın zəhərləndiyi Solsberi şəhərinin 10 kilometrliyində yerləşir. Stercess və Rouli Skripalların yatdığı xəstəxanaya çatdırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv