Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
TÜRK DÜNYASI

Türkiyədə dəhşətli qatar qəzası: ölənlərin sayı artdı

<b>Türkiyədə dəhşətli qatar qəzası: ölənlərin sayı artdı</b>

19:58
Türkiyənin Kapıkule-İstanbul dəmir yolu xəttində sərnişin qatarının bir vaqonu aşıb.
Axar.az xəbər verir ki, Təkirdağın Çorlu mahalının Sarılar səmtində baş verən hadisə nəticəsində ölən, yaxud yaralananların olub-olmaması barədə məlumat verilmir.
Vaqonun hansı səbəbdən relsdən çıxdığı bəlli deyil.
Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.
***
Məlumata görə, qatarın 1 deyil, 5 vaqonu relsdən çıxıb.
Hadisə nəticəsində ölən və yaralananların olduğu deyilsə də, sayla bağlı dəqiq məlumat yoxdur.
Üstəlik, qəzanın baş verdiyi ərazinin palçıqlı olması təcili yardım maşınlarının işini xeyli çətinləşdirib.
Əraziyə helikopterlərin göndərildiyi bildirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq olayla bağlı məlumat alıb.
***
"Star" qəzetinin yaydığı məlumata görə, qəzada 10 sərnişin ölüb, 73-ü isə yaralanıb.
***
Türkiyə hökuməti ərazidə torpaq sürüşməsinin baş verməsi səbəbindən qəzanın meydana gəldiyini bəyan edib.
***
Türkiyədəki dəhşətli qəza nəticəsində həlak olanların sayı 24-ə yüksəlib.
Bu barədə Türkiyənin Baş nazir müavini Rəcəb Ağdağ mətbuat konfransında bildirib.
Səhiyyə naziri Əhməd Dəmircan isə qəzadan sonra xəstəxanalara ümumilikdə 318 nəfərin gətirildiyini, onlardan 194 nəfərin ambulator yardım göstərildikdən sonra evə buraxıldığını, 124 nəfərin isə hələ də xəstəxanada müalicə aldığını bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv