Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
SİYASƏT

Nazirlərin görüşü: müzakirə olunacaq məsələ... - XİN

<b>Nazirlərin görüşü: müzakirə olunacaq məsələ... - XİN</b>

Azərbaycan və Ermənistan Xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək

11:18
Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyanla görüş olacaq.
Onun sözlərinə görə, artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu görüşlə bağlı işləri yekunlaşdırıblar.
Azərbaycan XİN isə yaydığı açıqlamada Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Andrü Sxofer (ABŞ) vasitəçiliyi ilə görüşəcəyi, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcəyi bildirilib.
Qeyd olunub ki, görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv