Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
HADİSƏ

BAXCP sədri diplomatları təbrik edib

<font color=red><b>BAXCP sədri diplomatları təbrik edib</b></font>

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Əziz diplomatlar,
Sizi Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münsibəti ilə təbrik edirəm.
Əsası 1919-cu il iyul ayının 9-da, Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi ilə qoyulan Azərbaycan diplomatiyası bu illər ərzində uzun və şərəfli bir yol keçib.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı çətin tarixi şəraitdə Azərbaycan parlamenti dünyanın 12 ölkəsində diplomatik nümayəndəliklər təsis etmək haqqında qərarın qəbul edilməsinə, dünyanın 17 ölkəsinin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-yure tanımalarına və Bakıda öz diplomatik nümayəndəliklərini açmalarına nail olub.
Azərbaycanın ilk diplomatları olan Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Həsən Cəfərqulu ağa Hacınski, Nəsib bəy Yusifbəyli, Musa bəy Rəfiyev, Əhməd bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov, Əbdürrəhim bəy Haqverdiyev, Adil xan Ziyadxan, İbrahim Əbilov, Yusif Vəzir Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətin tanıdılması və xarici əlaqələrinin qurulması istiqamətində mühüm addımlar atmış, Batum və İstanbul konfranslarında, Paris Sülh konfransında ilk respublikamızın maraqlarının təmin edilməsinə nail olmuşdular.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra da böyük güclərin himayə etdiyi Ermənistanın işğalı və informasiya müharibəsi ilə qarşı-qarşıya qalan diplomatiyamız bu illər ərzində öz peşəkarlıq səviyyəsini artırıb və bu gün diplomatlarımız dünyanın müxtəlif ölkələrində ölkəmizi layiqincə təmsil edirlər.
Əziz diplomatlar,
Sizi bir daha peşə bayramınız münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv