Son xəbərlər
17 İYUL
16 İYUL
HADİSƏ

Neftçilərin içdiyi suyun tərkibi… - Açıqlama

<b>Neftçilərin içdiyi suyun tərkibi… - Açıqlama</b>

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Neft Daşlarındakı neftçilərə verilən içməli suyun tərkibi ilə bağı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və Dövlət Neft Şirkətinə müraciət ünvanlayıb

M.Qəhrəmanlının sözlərinə görə, Neft Daşları, 28 May Neft-Qazçıxarma İdarəsi və həmin idarələrə məxsus platformadakı işçilər onlara verilən içməli suyun keyfiyyətindən narazılıq ediblər.
Komitə sədri bununla əlaqədar QSC-yə və SOCAR-a sorğu göndərib və sorğuya SOCAR-dan hələlik cavab verilməyib. Lakin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC -nin mətbuat katibi Mehman Mehdiyev neftçilərə verilən içməli su ilə bağlı sorğunu cavablandıraraq suyun tərkibinə aydınlıq gətirib.
M.Mehdiyev bildirib ki, gəmilər vasitəsilə Neft Daşlarına göndərilən su Xəzər Dəniz Neft Donanmasının Sahil qəsəbəsi yükyanalma körpüsünün və “Bibiheybər” Gəmi Təmiri zavodunun ərazisindən Azərsu QSC-yə məxsus su boruları vasitəsilə, gəmilərin su tanklarına doldurularaq daşınır:
“Suyun daşınmasında iştirak edən gəmilərin su tanklarının kimyəvi, bakterioloji və gigiyenik müayinəsi SOCAR-ın Ekologiya idarəsinin “Gigiyena və epidemiologiya” mərkəzi tərəfindən mütəmadi olaraq aparılır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv