Son xəbərlər
18 SENTYABR
17 SENTYABR
14 SENTYABR
TÜRK DÜNYASI

Ərdoğanın andiçməsinə kimlər gəlir? – Tam siyahı

<b>Ərdoğanın andiçməsinə kimlər gəlir? – Tam siyahı</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün qonaqlar artıq qardaş ölkəyə gəlməyə başlayıb

Rəcəb Tayyib Ərdoğanın bu gün Beştəpədə keçiriləcək andiçmə mərasimində 22 ölkənin prezidenti, 28 baş nazir və parlament sədri, həmçinin 6 beynəlxalq təşkilatın baş katibi iştirak edəcək.
Siyahını təqdim edirik:
Ölkə başçıları:
Bolqarıstan Prezidenti Rumen Radev, Gürcüstan Prezidenti Geogri Marqvelaşvili, Makedoniya Prezidenti Georgi İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovina Prezidenti Bakir İzzətbəyoviç, Serbiya Prezidenti Aleksandr Vuçiç, Kosovo Prezidenti Haşim Taçi, Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani, Pakistan Prezidenti Məmnun Hüseyn, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Sudan Prezidenti Ömər əl-Bəşir, Qvineya Prezidenti Alfa Konde, Zambiya Prezidenti Edqar Lunqu, Qvineya-Bisau Prezidenti Xose Mario Vaz, Ekvator Qvineyası Prezidenti Teodore Obiyanq, Somali Prezidenti Məhəmməd Abdullahi Məhəmməd Farmajo, Mavritaniya Prezidenti Məhəmməd Valid Abdul Əziz, Qabon Prezidenti Ali Bonqo Ondimba, Çad Prezidenti İdris Debu İtno, Cibuti Prezidenti İsmail Ömər və Venesuela Prezidenti Nikolas Maduro.
Baş nazir və spikerlər:
Liviya Prezident Şurasının sədr müavini Əbdüssəlam Kejman, Əfqanıstan prezidentinin birinci müavini Rəşid Dostum, ikinci müavini Sərvər Daniş, İraq Prezidentinin köməkçisi Üsamə Nuceyfi, Özbəkistan Ali Məclisi Senatının sədri Niqmatulla Yuldşev, Azərbaycanın Baş naziri Novruz Məmmədov, İraq Nümayəndələr Məclisinin sədri Səlim Cuburi, Kuveyt Məclisinin sədri Marzouq əl-Qənim, Mərakeş parlamentinin sədri Həbib əl-Maliki, Belarus Milli Məclisinin Respublika Şurasının sədri Mixail Misanikoviç, Qambiya parlamentinin spikeri Maryam Cek Denton, Konqo parlamentinin spikeri İsidore Mvouba, Rusiyanın Baş naziri Dmitri Medvedyev, Macarıstanın Baş naziri Viktor Orban, Albaniyanın Baş naziri Edi Rama, Ukrayna Baş naziri Vladimir Qroysman, Qazaxıstan Baş naziri Bakıtjan Saqintayev, Fələstinin Baş naziri Rami Həmdallah, Əlcəzair Baş naziri Əhməd Oyahya, Seneqal Baş naziri Məhəmməd Dionne, Niger Baş naziri Brigi Rafini, Moldova Qaqauz Muxtar Bölgəsi sədri İrana Vlax, Tatarıstan Prezidenti Rüstəm Minnixanov, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni, Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder, İraq Türkman cəbhəsi sədri Ərşad Salehi, Krım tatarlarının milli lideri Mustafa Krımoğlu, Yunanıstanın keçmiş Xarici İşlər naziri Teodora Bakoyannis və Liviyanın Xarici İşlər naziri Məhəmməd Tahir Siyala.
Təşkilat rəhbərləri:
ATƏT-in baş katibi Tomas Qreminger, İƏT-in baş direktoru Xəlil İbrahim Akça, D-8 baş katibi Datoku Cəfər Ku Şaari, Türk Şurasının baş katibi Ramil Həsənov, Türksoyun Baş katibi Düsen Kaseynov və Avropa İttifaqının daxili işlər, miqrasiya və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopoulos.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv