Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
SİYASƏT

“Qanunlarda boşluq yoxdur”

<font color=red><b>“Qanunlarda boşluq yoxdur” </b></font>

Elçin Mirzəbəyli: “Boşluq təxribata açıq olan boş başlarda, məsuliyyətsiz davranışlardadır”

Ötən həftə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücum cəmiyyətdə arzuolunmayan eyforiya hissi yaratdı. Məsələ ilə bağlı BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Eurasia Diary-ə müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik
- Mingəçevir İES-də baş verən yanğın və Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının güllələnməsi hadisəsi arasında bağlantı varmı?
- Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza və Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən terror aksiyası arasında birbaşa bağlantının olduğunu yalnız istintaq təsdiq edər. İndiki halda bu barədə birmənalı fikir söyləmək çətindir. Yalnız ehtimallar və baş verənlərin arasında zəncirvari əlaqənin olduğuna şübhə yaradan amillər hər iki hadisənin eyni mərkəz, yaxud mərkəzlər tərəfindən stimullaşdırıldığını söyləməyə əsas verir. Şübhəsiz ki, “Azərenerji” ciddi məsuliyyətsizliyə, səhlənkarlığa yol verib. Qəzaya, yaxud qəzanın törədilməsinə yol aça biləcək boşluqlara yol vermək lazım deyildi ki, hansısa dairələr bundan istifadə edə bilsinlər. Yaxud qəza baş verəndən sonra ekstremist qruplar vəziyyətdən istifadə etməklə bağlı təlimat alsınlar. Burada iki məqama diqqət çəkmək lazımdır:
1. Mingəçevir İstilik Elektrik Stansiyasında və ölkənin enerji sisteminin idarə olunmasında mövcud olan boşluqlar öncədən öyrənilib. Burada asanlıqla təxribat törədilməsinin mümkünlüyü nəzərə alınıb və həyata keçirilib. Bundan sonra da ölkədə xaos və qarşıdurma yaratmaq üçün Gəncədə teror aksiyası gerçəkləşdirilib.
2. Qəza heç bir kənar müdaxilə olmadan baş verib və ekstremist qruplar vəziyyətdən istifadə etməklə bağlı göstəriş alıb hərəkətə keçiblər.
Bütün hallarda hər iki yanaşma “Azərenerji” rəhbərliyini məsuliyyətdən azad etmir. Mingəçevir İstilik Elektrik Stansiyası ölkənin strateji əhəmiyyətli obyektidir və burada hər hansı bir hadisənin baş verməməsi üçün bütün ehtimallar gözə alınmalıdır.
- Nə üçün Elmar Vəliyevin fəaliyyətindən narazı olanlar və ümumiyyətlə məmurun işindən narazı olan bir şəxs hüquqi yolla cəzalandırma vasitəsini seçmir və silaha əl atılmasını çıxış yolu kimi görür? Qanunda hansı boşluq var?
- “Elmar Vəliyevdən narazı olanlar”, “ona qarşı aqressiv köklənənlər” və s. bu kimi mülahizələr sosial şəbəkələrdə ölkədə qarşıdurma yaratmaq istəyən qrupların apardıqları təbliğatın yaratdığı psixoz altında polulyarlaşan ifadələrdir. Bu prosesdə bir neçə qrup fəaliyyət göstərirdi:
1. Aksiyanı həyata keçirənlərlə bağlı olan və ölkədə qarşıdurma yaratmaq istəyən xarici kəşfiyyat strukturlarının, ekstremist dairələrin yaratdıqları çoxsaylı profillər vasitəsilə təbliğat aparanlar.
2. Ölkədə baş verən istənilən hadisədən yararlanmağa çalışan Azərbaycanın ənənəvi düşmənləri.
3. Siyasi və ideoloji platformalarından sapmış, nəyin bahasına olursa olsun öz siyasi və digər korporativ maraqlarını həyata keçirmək üçün fürsət gözləyən radikal qruplar və onların xaricdəki tör-töküntüləri.
4. Öz əməllərini gerçəkləşdirmək üçün əlverişli şərait gözləyən cinayətkar qruplar.
5. Xroniki narazılar, psixoloji problemləri olanlar, arvadından, ərindən, övladından, həyat tərzindən narazı olub və bütün bunların günahını idarəetmə sistemində axtaranlar.
6. Gəncədə, yaxud hansısa bir bölgədə biznes maraqlarını gerçəkləşdirə bilməyənlər. Hansısa kiçik çaplı məmurun əməlindən, yaxud nə zamansa qarşılaşdığı haqsızlıqdan qəzəblənənlər.
7. Bütün bu qrupların apardıqları total kampaniyanın içərisində soyuqqanlı düşünmək qabiliyyətini əldən verib küyə düşənlər.
Bütün bu qrupların fəaliyyəti ayrı-ayrılıqda təhlil olunduqda, zənnimcə baş verənlərin mahiyyətini anlamaq mümkün olur. Azərbaycan vətəndaşları “silaha əl atılmasını” heç vaxt çıxış yolu kimi görməyiblər və ümumiyyətlə belə aqressiv söz birləşmələrinin ictimai rəyə təqdim olunmasının özü belə yanlışdır. Qanunlarda boşluq yoxdur, boşluq təxribata açıq olan boş başlarda, məsuliyyətsiz və emosional davranışlardadır.
- Qeyd etmək lazımdır ki, xüsusilə də son zamanlar ölkə prezidenti öz çıxışlarında məmur özbaşınalığını tənqid edir və sərt şəkildə cəzalandırır. Xarici bir dövlətlə ərazi problemi yaşayan Azərbaycanın daxilində yaranmış bu problemin yaranma səbəbi nədir ve həllini necə görürsünüz ?
- Mən məsələni məmur problemi kimi qoymazdım. Bütövlükdə ümumiləşdirməyə qarşıyam. Azərbaycanda öz işinin öhdəsindən layiqincə gələn, bacarıqlı, istedadlı dövlət qulluqçularının sayı yetərincədir. Hansı sahələrdə və hansı konkret şəxsin işində problem varsa, həmin şəxs barəsində danışmaq lazımdır. Ümumiyyətlə biz predmet üzrə konkret danışmağı öyrənməliyik. Mən dövlət qulluğunda çalışan şəxslərlə bağlı araşdırma aparmamışam, bu sahə üzrə mütəxəssis də deyiləm. Azərbaycanın qarşısında da “məmur problemi” adlı bir problemin olduğunu düşünmürəm. Problem mental xüsusiyyətlərimizdə, fərdi məsuliyyətsizlikdə, vəzifə səlahiyyətlərinin icrası zamanı yol verilən səhlənkarlığın, yaxud özbaşınalığın qarşısının alınması üçün mövcud olan mexanizmlərin “dişsizliyində”, icra hakimiyyəti strukturlarının fəaliyyətinə parlament və ictimai nəzarətin yetərli olmamasındadır. Bu sıraya vəzifə maaşlarının azlığı, sosial və tibbi sığorta ilə bağlı problemləri və s. əlavə etmək olar.
Həmçinin hesab edirəm ki, bir çox sahələr, xüsusilə də xidmət sektoru özəlləşdirilməli və bu sektorda rəqabətliliyin təmin olunması üçün antiinhisar mexanizmləri işə salınmalıdır. Əhalinin rastlaşdığı problemlərin əksəriyyəti də adətən bu sahələrlə bağlı olur. Özəl sektorda isə belə problemlər yaşana bilməz. Çünki iş adamı gəlir əldə edilməsinə mane olan bütün amillərin dərhal aradan qaldırılması üçün tədbirlər görmək məcburiyyətində olur. Əks təqdirdə iflasa uğraya bilər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv