Son xəbərlər
17 İYUL
16 İYUL
DÜNYA

Türkiyə NATO-dan çıxa bilərmi? - Stoltenberq

<b>Türkiyə NATO-dan çıxa bilərmi? - Stoltenberq</b>

Türkiyə bir çox səbəbdən illərdir NATO-nun son dərəcə dəyərli bir müttəfiqidir

Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin NATO və Qərb ittifaqından uzaqlaşmasına dair iddialarla bağlı sualı cavablandırarkən deyib.
“Təkcə Rusiya və Qara dənizə sərhədi olan strateji coğrafi mövqeyinə görə deyil, eyni zamanda, cənubda Suriya və İraqla olan sərhədi və ortaq təhlükəsizliyimizə verdiyi çoxsaylı faydaya görə Türkiyə önəmlidir. Türkiyənin təhlükəsizlik baxımından çətin bir dövrdən keçdiyini görürük. NATO Türkiyəyə ilə həmrəylik içərisindədir. Anlaşmamızın beşinci maddəsi olan təhlükəsizlik zəmanəti ittifaqımızın nüvəsində yer alır. Bu isə “hamımız birimiz, birimiz hamımız üçün” deməkdir. Biz Türkiyəni təhlükəsizlik tədbirlərində dəstəkləyirik. Buna AWACS müşahidə təyyarəsi, savaş gəmilərinin patrul nəzarəti və təlimlər də daxildir. Türkiyənin sərhədlərini Suriyadan gələn təhdidlərdən qorumaq üçün 2013-cü ildə HHM və raket sistemlərimizin yerləşdirilməsi bu il Türkiyənin istəyi ilə daha bir il uzadıldı. NATO illər ərzində Türkiyədə hərbi infrastrukturu formalaşdırmaq üçün milyardlarla pul ayırıb. Dolayısı ilə NATO Türkiyə üçün, Türkiyə də NATO üçün önəmlidir”, - Stoltenberq bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv