Son xəbərlər
17 İYUL
16 İYUL
SİYASƏT

Ərdoğan Bakıya gəldi

<b>Ərdoğan Bakıya gəldi</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni prezidentlik müddətində ilk səfərini həyata keçirmək üçün TUR təyyarəsi ilə saat 10:10-da Esenboğa hava limanından Azərbaycan istiqamətində yola düşüb

11:08

Hava limanında Ərdoğanı TBMM-in müvəqqəti sədri Durmuş Yılmaz, prezidentin müavini Fuad Oqtay, Ankara valisi Ərcan Topaca və digər rəsmilər yola salıb.
Bakı səfərinin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına gedəcək.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
Türkiyə prezidentini Heydər Əliyev hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv