Son xəbərlər
20 NOYABR
19 NOYABR
18 NOYABR
16 NOYABR
TÜRK DÜNYASI

Türkiyədə baş verən faciə ilə bağlı – Sensasiya

<b>Türkiyədə baş verən faciə ilə bağlı – Sensasiya</b>

Türkiyədə 24 nəfərin ölümünə səbəb olan qatar qəzası ilə bağlı şok iddia ortaya atılıb

Türkiyə mətbuatı baş vermiş qəzanın təxribat ola biləcəyi ehtimalı barədə yazıb.
“Yeni Akit” nəşrində Əli Qarahəsənoğlunun sözlərinə görə, qəzanın təxribat olması ehtimalı araşdırılmalıdır. Belə ki, bu versiyanı gücləndirə biləcək bir sıra faktlar mövcuddur. Ölkədə dəmiryolu nəqliyyatında ölümlə nəticələnən qəzaların statistikası və qəza tarixinin Ərdoğanın andiçmə mərasiminə yaxın olması həmin faktlar sırasındadır. Qəza baş verən ərazidə həmin dövrdə heç bir ciddi yağıntı və sel barədə məlumatın olmaması və qəzadan bir neçə saat əvvəl ərazidən başqa bir qatarın təhlükəsiz şəkildə keçməsi bu iddianı gücləndirib.
Bundan əlavə, qəzadan dərhal sonra HDP millət vəkillərinin xüsusi canfəşanlıq göstərməsi də diqqət çəkib. Millət vəkili Barış Atayın dərhal hadisə yerinə getməsi, oradan isə xəstəxanaları ziyarəti birmənalı qarşılanmayıb. Atayın xəstəxanda qəzada xəsarət alanların yaxınları ilə mübahisə edərək, onların üzərinə yeriməsi isə məsələnin arxasında tamam başqa məqamların – baş vermişvə ya törədilmiş faciədən səs potensialını artırmaq məqsədilə istifadə etməyin dayandığını göstərib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv