Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
HADİSƏ

Azərbaycanlı müəllimin İran səfirliyindən tələbi…

<b>Azərbaycanlı müəllimin İran səfirliyindən tələbi…</b>

Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər ki, onlar da İran səfirliyindən mənim İrandan deportasiya edilməyimlə bağlı cavab gözləyirlər. İran səfirliyi müraciətimi diqqətdə saxlamır, dediklərinə görə, bu məsə 3 aya qədər uzana bilər

Bu sözləri Astara gömrük-keçid məntəqəsində İran gömrükçülərinin futbola baxdıqları üçün Azərbaycan vətəndaşlarının yoxlanışını gecikdirib, saatlarla gözlətməsinə etirazını bildirən və bu səbəbdən təzyiqlərlə üzləşən, nəticədə İrana girişinə qadağa qoyulan müəllim Cəmaləddin Əlizadə bildirib.
C.Əlizadənin sözlərinə görə, İran səfirliyi məsələyə operativ yanaşmır:
“Bizim Xarici İşlər Nazirliyinin əməkdaşı bildirdi ki, onlara ünvanladığım məktubu İran səfirliyinə göndəriblər. XİN-dən dedilər ki, İran səfirliyi onlara cavab verməlidir. Səfirlik hələ cavab vermədiyi üçün də mənə bir söz deyə bilmirlər. XİN-dən bildirdilər ki, bu proses 3 aya qədər yubana bilər. Gözləməyimi məsləhət gördülər.
İran səfirliyinə etdiyim zənglərə isə bildirirlər ki, mənimlə əlaqə yaradılacaq. Hələ ki, gözləyirəm. Ümid edirəm problemim həll ediləcək”.
Qeyd edək ki, Masallı rayonu Miyankü kənd tam orta məktəbinin müəllimi Cəmaləddin Əlizadə İranın Astara gömrük-keçid məntəqəsində ona və ailəsinə qarşı edilmiş biabırçı hadisə haqda məlumat paylaşıb. O bildirib ki, İran gömrük işçiləri futbola baxdıqları üçün Azərbaycan vətəndaşlarını “sistemdə problem var” bəhanəsi ilə yoxlamırmış. Sonra o, işçilərə vətəndaşlara qarşı hörmətsizlik etdiklərini, növbədə xeyli adamın saatlarla gözlədiyini deyəndə onun üstünə hücum çəkiblər və oğlu ilə onun pasportlarını alıb yerə çırpıblar. Sonra isə onlara deportasiya edildiklərini deyiblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv